Son üç həftədə vakant qalan “Azərkosmos” ASC –nin Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.
Eləcə də bax: “Aztelekom”un baş direktoruna daha bir - Müavin Təyinatı
FED.az Banker.az-a istinadən xəbər verir ki, Yuliya Jurenkova 2021-ci ilin mart ayından etibarən “Azərkosmos” ASC-nin Marketinq departamentinin direktoru vəzifəsində təyin edilib.
Qeyd edək ki, bu vəzifədə 2020-ci ilin fevralından 2021-ci ilin martına qədər Aysel Soltanova idi. A.Soltanova mart ayında “Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) baş dirktoruna müavin gedib.
Yuliya Jurenkova 2020-2021-ci illərdə “Azərkosmos”un Marketinq departamentinin Marketinq kommunikasiyaları üzrə menecer vəzifəsində işləyib. 2018-2019-cu illərdə “Publicis Groupe” şirkətinə aid olan “Starcom Media Group” şirkətində media üzrə Strateji direktor, 2013-2017-ci illərdə “Starcom Media Group” şirkətinin Strateji Planlama şöbəsində kommunikasiya üzrə baş menecer vəzifələrind ə işləyib. Əmək fəaliyyətinə 2011-ci ildə “One2One” marketinq agentliyində Müştəri xidmətləri üzrə menecer vəzifəsində başlayıb. Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft-mədən fakültəsinin mühəndislik ixtisasını fərqlənmə ilə bitirib.