"Azərkosmos" ASC və Yaponiyanın Yerüstü idarəetmə seqmenti üzrə xidmət təminatçısı olan "Infostellar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Eləcə də bax: “Azərkosmos” Türkiyənin iki şirkəti ilə - MÜQAVİLƏ İMZALAYIB
FED.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Universal Yerüstü Stansiya sayəsində “Infostellar” şirkəti öz müştərilərinə yüksək, çox yüksək ayırdetməli və radar peyk təsvirlərinə daha asan çıxış imkanları təqdim edəcək.
"Azərkosmos"un Universal Yerüstü Stansiyası Avropa və Asiya qitələri arasında ideal bir məkanda yerləşir. Universal Yerüstü Stansiya real vaxt müddətində digər aşağıorbitli peyklərin siqnalını qəbul edir və ötürür. 5,5 metrlik S/X diapozonlu antena sisteminə və şəbəkə infrastrukturuna malik olan yerüstü stansiya daha yığcamdır və digər aşağıorbitli peyklərin informasiyasını asanlıqla qəbul etmək imkanına malikdir. Stansiya özünün sistem imkanları baxımından müştərilərin texniki tələblərinə uyğun olaraq daha çevik xidmət göstərir.
Apa