Bu ilin yanvar ayında “Azərkosmos” ASC 20 xarici ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
Eləcə də bax: “Azərkosmos” bu il 41 milyon dollarlıq xidmət - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nda bildirilib.
Sənəddə deyilir ki, dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib.
Səhmdar cəmiyyətin ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Böyük Britaniya, Fransa, BƏƏ, Almaniya və Gürcüstan olub.