“Azərkosmos” ASC nizamnamə kapitalını 2,66 dəfə – 169 milyon 305,88 min manatadək artırıb.
Eləcə də bax: “Azərkosmos” bu il 41 milyon dollarlıq xidmət - İXRAC EDİB
FED.az məlumat verir ki, “Nizamnamə kapitalı 105 milyon 695,28 min manatlıq səhmlərin əlavə emissiyası hesabına artırılıb”, - deyə məlumatda bildirilir.
Kapitala əlavə qoyuluşlar dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilib.
Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 20 manat olan 8 milyon 465,294 min ədəd səhmə bölünüb.
2018-ci ilin sonuna “Azərkosmos”un kapitalı 63 milyon 610,6 min manat təşkil edib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
İnterfaks