Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC 17 ölkəyə 7,6 mln. ABŞ dolları dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin aprel ayı üzrə buraxılışında bildirilir.
Məlumata görə, təkcə mart ayında “Azərkosmos” peyk-telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 5,5 mln. dollar məbləğində gəlir əldə edib. İxracdan əldə edilən gəlir dövlət şirkətinin gəlirlərinin 85%-ni təşkil edib.
3 ay ərzində “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr ABŞ (4,8 mln. dollar), Fransa (1,9 mln. dollar), BƏƏ (304 min dollar), Almaniya (252 min dollar) və Böyük Britaniya (212 min dollar) olub.
Eləcə də bax: "Azərxalça" 5 milyon manat zərərdədir