İKT

“Azərkosmos” ABŞ şirkəti ilə əməkdaşlıq - MÜQAVİLƏSİ İMZALAYIB

“Azərkosmos” ABŞ şirkəti ilə əməkdaşlıq  - MÜQAVİLƏSİ İMZALAYIB | FED.az
16:06 16 Aprel 2020

“Azərkosmos” ASC dünyada peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Eləcə də bax: "Azərkosmos" Tacikistanda - TENDER UDDU

FED.az xəbər verir ki, ASC-dən bildirilib ki, müqaviləyə əsasən, “UltiSat” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə etməklə Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək.

Sözügedən şirkət dünyada kritik, rabitənin ötürülməsi çətin olan ucqar ərazilərdə peyk xidmətləri göstərən ilk şirkətlərdəndir.

“UltiSat”ın güclü və etibarlı tərəfdaş olaraq müştəri portfelimizdə yer almasından olduqca məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq dünyada koronavirus pandemiyasının davam etdiyi çətin bir dövrdə peyk internetinə olan yüksək tələbatın qarşılanmasına xidmət edəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye bildirib.

“Azərkosmos”la qurduğumuz yeni əməkdaşlıq bizi sevindirir. Müştərilərimizə yaxın vaxtda qabaqcıl peyk şəbəkə xidmətlərini təklif etmək üçün yeni tərəfdaşımızla daha sıx işləməyi səbirsizliklə gözləyirik”, – deyə “UltiSat” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Kris Hetmanski söyləyib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Digər xəbərlər