Bütün dünyada olduğu kimi, Azərbaycanda da mobil telefondan istifadə artdıqca, mobil internetə tələblər də artır.
FED.az xəbər verir ki, artıq mobil internet mobil telefon istifadəçilərinin ən çox istifadə etdiyi xidmətə, operatorlar üçün isə ən çox satılan məhsula çevrilib.
Mobil operatorlar arasında daha bir rəqabət sahəsi də mobil internet paketləri – onların həcmi və qiyməti ilə bağlıdır.
İnternet paketləri həm internetin həcminə, həm istifadə müddətinə, həm də qiymətinə görə fərqli ola bilər.
FED.az biznes və maliyyə xəbərləri portal ölkədə fəaliyyət göstərən mobil operatorlarının hər birinin həftəlik və aylıq internet paketlərinin hansının daha sərfəli olmasını araşdırıb.
Həftəlik internet paketləri üzrə “Azercell” xidmət təklif etmir, “Bakcell”in bu paket növü üzrə 2, “Nar Mobile” 3, “NaxTel” isə 1 paket təqdim edir.
HƏFTƏLİK İNTERNET PAKETLƏRİ |
|||
Azercell |
Bakcell |
Nar |
NaxTel |
- |
1 GB - 3,5₼ |
1 GB - 4₼ |
300 mb (Turbo 300) - 1₼ |
2 GB - 4₼ |
1,5 GB - 3,3 ₼ |
- |
|
- |
|
3 GB - 5₼ |
- |
Ən maraqlı vəziyyət və rəqabət aylıq internet paketlərdədir. Sırf qiymət və həcm baxımından “NaxTel” digər 3 operatordan fərqlənir.
Aylıq internet paketlərində “NaxTel”dən başqa digər operatorların ən aşağı tarifi 1,5 GB-dan başlayır və qiyməti hamısı üçün 6 manat təşkil edir.
Müqayisəyə əsasən 6GB-lıq internet paketi “Nar Mobile” 11 manata təklif etsə də, “Bakcell” və “Azercell” 12 manata təklif edir. “NaxTel” isə bunun əvəzində 8 manata 5 GB internet paketi təqdim edir.
Yerdə qalan 3 mobil operatora gəlincə, «Bakcell» və «Azercell» arasında mübarizə 1 GB «uğrunda» gedir.
Belə ki, «Bakcell»in 3 paketi «Azercell»lə eyni qiymətədir, amma paketin həcmi hər birində cəmi 1 GB artıqdır. 12 GB-a qarşı 13 GB, 30 GB-a qarşı 31 GB, 55 GB-a qarşı 56 GB - sanki məxsusi olaraq rəqibdən daha sərfəli olduğunu göstərmək üçün. «Nar» digər iki rəqibin yırışına qoşulmayıb, onun paket həcmi və qiymətləri fərqlidir.
Daha ətraflı aşağıdakı cədəvldə
AYLIQ İNTERNET PAKETLƏR |
|||
Azercell |
Bakcell |
Nar |
Naxtel |
1.5 GB - 6₼ |
1.5 GB - 6₼ |
1.5 GB (L Paketi) - 6₼ |
1 GB (Turbo 1 ) - 3 ₼ |
3 GB - 9₼ |
2,5 GB - 7₼ |
2 GB (Turbo 2) - 5₼ |
|
6 GB - 12₼ |
6 GB - 12₼ |
6 GB (L+ Paket) - 11₼ |
5 GB (Turbo 5) -8 ₼ |
12 GB - 19₼ |
13 GB - 19₼ |
11 GB (XL Paket) - 16₼ |
10 GB (Turbo 10) - 12₼ |
30 GB- 29₼ |
31 GB - 29₼ |
22 GB (2XL Paket) - 26₼ |
20 GB (Turbo 20) - 16 ₼ |
55 GB - 39₼ |
56 GB - 39₼ |
42 GB (3XXL Paket) - 36₼ |
40 GB (Turbo 40) - 20₼ |
- |
- |
- |
60 GB (Turbo 60) - 30₼ |
- |
- |
- |
200 GB (Turbo 200) - 80₼ |