«Azercell»in bəzi internet paketləri ləğv edilir.
Eləcə də bax: "Azercell" daha bir kampaniyasından - İMTİNA EDİR
FED.az xəbər verir ki, şirkətin açıqladığı məlumata görə, 25 oktyabr 2022-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən "GəncOl 2", "GəncOl 6" və "GəncOl 9" tarifləri daxilində "Zvuk", "Busuu", "iVi", "Bookmate" tətbiqlərinin istifadəsi üçün təqdim olunan 750 MB, 3 GB və 6 GB pulsuz mobil internet xidməti ləğv ediləcək.
Abunəçilər göstərilən dəyişikliklər, eləcə də müvafiq tariflərin şərtləri barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com<http://www.azercell.com/>), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.