Azercell yəni funksiyanı istifadəyə verib. Artıq Kabinetim tətbiqi vasitəsi ilə nömrənin sahibini rahatlıqla öyrənmək mümkün olacaq.
Eləcə də bax: "Azercell" yeni balans köçürmə imkanlarını - TƏQDİM EDİR!
FED.az xəbər verir ki, bunun üçün sadəcə Kabinetim-ə daxil olmaqla nömrənin sahibinin ad və soyadını əldə etmək kifayətdir.
Bugünə qədər isə nömrənin sahibini dəqiqləşdirmək üçün istifadə edilən nömrədən “6800” qısa nömrəsinə boş SMS göndərmək lazım gəlirdi. Nömrənin rəsmi sahibi haqqında bilgiləri isə (Ad, Soyad və Ata adı) abonent SMS vasitəsi ilə əldə edirdi.
Qeyd edək ki, hər iki xidmət çərçivəsində yalnız SMS göndərilən nömrənin məlumatının təqdim edilməsi nəzərdə tutulub və xüsusi karantin rejimi rəsmi olaraq bitənədək xidmət tamamilə ödənişsizdir.