mətbuatımızın artıq 144-cü ildönümüdür. Ölkədə və dünyada gedən prosesləri, gündəmdə olan
məsələləri işıqlandıran, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza
böyük önəm verərək ölkənin lider mobil operatoru Azercell Telekom jurnalistləri bu əlamətdar gün
münasibətilə özünəməxsus şəkildə təbrik edir. Beləliklə, “Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli
Mətbuat günündə şirkətdən hədiyyə olaraq 1875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək. Hədiyyə
dəqiqələrindən yararlanmaq üçün 22 iyul tarixi ərzində 1875 açar sözünü 5005 qısa nömrəsinə
göndərmək kifayətdir. Mediacell tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq
dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.
Eləcə də bax:Azərbaycanlı nazir İrana - SƏFƏR EDİB
Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan Azercell,
ölkəmizdə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləmiş, bu istiqamətdə bir çoxtəşəbbüslər həyata keçirmişdir. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat
sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini vermiş, onların beynəlxalq
təcrübələrdən bəhrələnməsinə şərait yaratmışdır. Vurğulamaq istərdik ki, indiyədək 400-dən çox jurnalist
Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olmuşdur.
Azercell Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara
fəaliyyətlərində uğurlar arzulayır!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz