“Azercell Telekom” MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirdi
FED.az xəbər verir ki, ölkənin lider mobil operatoru Azercell hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.
Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur Busuu mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.
Azercell şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. Azercell onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.
Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.
Azercell Bilik Günü münasibətilə bütün məktəbliləri və tələbələri təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayır!
Gənclərin təhsil və inkişafına dəstək - Azercell Telekom—un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış “Virtual Məktəb” portalı üzərindən onlayn
tədris keçən 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.