"Azercell" mobil rabitə operatoru LTE şəbəkəsi üzərindən səsli rabitə xidmətini (VoLTE) işə salmağa hazırlaşır.
FED.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
O qeyd edib ki, yeni rabitə texnologiyası artıq sınaqdan keçirilib.
V.Mürsəliyevin sözlərinə görə, xidmətin işə salınması üçün avadanlığı "Ericsson" şirkəti tədarük edəcək.