"Azercell Telekom" şirkəti yaxın iki həftə ərzində yeni "010" prefiksini istifadəyə verməyi planlaşdırır.
FED.az bunu "Azercell Telekom" şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Eləcə də bax: «Azercell» yeni mobil ödəniş xidmətini – TƏQDİM EDİB
Onun sözlərinə görə, şirkətin şəbəkəsi texniki olaraq buna tam hazırdır: "Yeni prefiks həm yerli operatorlar tərəfindən, həm də rouminq tərəfdaşlarının şəbəkəsində tanınmalıdır. Yerli operatorlar tərəfindən prefiks, demək olar ki, tanınıb. Bəzi texniki məsələlər bitən kimi biz bunu bazara çıxaracağıq. Söhbət bir neçə gündən, bir və ya iki həftədən gedə bilər".
Apa