Banner

İKT

“Azercell” yeni “010” operator kodunu - İSTİFADƏYƏ VERƏCƏK

“Azercell” yeni “010” operator kodunu - İSTİFADƏYƏ VERƏCƏK | FED.az
11:40 2 Avq 2019

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti yeni operator kodunu (prefiksi) istifadəyə verəcək. 

FED.az xəbər verir ki,operatorun yeni prefiksi “010” olacaq. Beləliklə, bundan sonra şirkət üç operator koduna (“050”, “051” və “010”) malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti də yeni prefiksi istifadəyə verəcəyini planlaşdırır.

Digər xəbərlər

Banner