“Azercell” bəzi ölkələrdə rominq xidmətində internetdən istifadəyə görə tarifləri artıb.
FED.az xəbər verir ki, bu şikətin elanında bildirilib.
Belə ki, Belarus, Qazaxıstan,Qırğızıstan, Moldova, Rusiya,Tacikistan, Ukrayna və Özbəkistan ölkələrində həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə, rominq xidmətində internetdən istifadəyə görə rominq sazişi olan operatorlar üzrə vahid xidmət haqları tətbiq ediləcək.Bu ölkəlrdə hər bir mb-a görə xidmət haqqı 3,50 manat olacaq.
Hal-hazırda isə bu ölkələrdə hər bir mb-a görə xidmət haqqı 2,20 manatdı. Bu da onu göstərir ki, tariflər mayın 1-dən 59,09% artacaq. Yeni tariflər 1 may 2019-cu il tarixindən tətbiq olunacaq.
Şirkətin elanında qeyd olunub ki, “Arzuolunmaz internet xərclərindən sığortalanmaq üçün Rominq İnternet Paketlərindən istifadə etmək tövsiyyə olunur”.