Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti və İsveçin "Ericsson" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədi "Azercell"in prezidenti Vahid Mürsəliyev və "Ericsson" şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə prezidenti Sebastyan Tolstoy imzalayıblar.
Eləcə də bax: “Azercell” ilə - “KARYERADA İLK ADDIM"INI AT
Sənədə əsasən, tərəflər 5G şəbəkəsinin inkişafı istiqamətində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, hazırda şirkət tərəfindən pilot 5G şəbəkəsi Bakının mərkəzində (Fəvvarələr meydanında) yaradılıb. Gələn ilin sonunadək Bakının bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır.
Daha sonra isə şəbəkənin əhatə dairəsi regionlarda genişləndiriləcək və bazar hazır olduqda şəbəkənin kommersiya istifadəsi bütün ölkə üzrə istifadəyə veriləcək.