May ayının 5-i Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu - 2024” keçiriləcək. Ölkəmizin idman təqviminin mühüm tədbirlərindən biri olan “Bakı Marafonu” minlərlə idmansevəri bir araya gətirəcək. Dövlət Bayrağı Meydanından dairəvi marşrut üzrə 21 kilometrlik yarışda həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən marafon iştirakçıları “Küləyə qalıb gəl”mək uğrunda mübarizə aparacaqlar.
Yarışa qatılmaq üçün Gənclik Mall, 28 Mall və Dəniz Mall-da quraşdırılmış məntəqələrə müraciət etmək, www.marathon.az saytından onlayn qeydiyyatdan keçmək olar. Tələbələrə qeydiyyat ödənişsizdir. Qeydiyyat üçün son tarix: 25 aprel.
Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək.