30 may tarixindən etibarən Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” tərəfindən Qırğızıstanda göstərilən roumnq xidməti üzrə yeni tarif tətbiq ediləcək.
Eləcə də bax: "Azercell"dən müəllimlərə - DƏSTƏK!
FED.az xəbər verir ki, qeyd olunan tarixdən “Azercell”in fakturalı və fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələrdə, bu ölkədəki rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları qüvvəyə minəcək.
Belə ki, mobil internet xidmətinin hər bir MB-na görə xidmət haqqı 3,5 manat təşkil edəcək. Qeyd edək ki, hazırda bu tarif 2,2 manatdır.