Azercell Rəqəmsal Kartı “Akart”la 2023-cü ildə aparılan əməliyyatların həcmi məlum olub.
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını - TƏQDİM ETDİ
FED.az xəbər verir ki, bu barədə "Paşa Bank" ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2023-cü ildə “Akart” vasitəsilə 500 milyon manatdan çox həcmdə əməliyyat aparılıb.
Bank sədri əlavə edib ki, 3 il ərzində "Visa B2B connect" şəbəkəsi ilə reallaşdırılan əməliyyatların ümumi məbləği 3,2 mlrd. dollara çatıb.
Qeyd edək ki, Rəqəmsal Kart Azercell-in həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub, "PAŞA Bank", "Visa" və "AzInTelecom" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. (Apa)