Ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində keçirilən tədbirlərdə daima fəal iştirak edən “Azercell Telekom” MMC oktyabr ayının 30-u baş tutan əmək yarmarkasında xüsusi stend ilə təmsil olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) tərəfindən birgə reallaşdırılan bu tədbirdə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri yarmarkanın iştirakçıları ilə görüşüb, onların suallarını cavablayıb. Gənclərə şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında geniş məlumat verilib.
FED.az xəbər verir ki, cari ilin may ayında Azercell şirkəti rəqəmsallığa doğru dəyişən strategiyası çərçivəsində ilk dəfə olaraq "Azercell-Lab" - ödənişli təcrübə proqramına qəbul elan edib. Tələbələrə "İT-lab" və "Biznes-Lab" inkubasiya mərkəzlərində təcrübə keçərək, peşəkar mühitdə karyera qurmaq fürsəti verilib. Fəaliyyətində dinamik və dəyişkən texnologiyaları tədbiq edən şirkət, labaratoriyaların gənc rezidentlərinə nəzəri biliklərindən yararlanaraq şirkətin real layihələrində iştirak üçün şərait yaradıb. Təcrübəçilər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışmaq və rəqəmsal dünyanın ən son trendləri ilə daha yaxından tanış olmaq fürsəti əldə ediblər. Həmçinin sentyabr ayında tələbələrin fəaliyyətinə dəstək olmaq məqsədilə, Azercell Telekom 2020-ci il üçün Tələbə Təqaüdü Proqramına ərizələrin qəbuluna başlamışdır. “Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən proqramın qalibləri akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və digər meyarlar əsasında seçiləcək. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd ilə təmin ediləcəklər. Hazırda Tələbə Təqaüdü Proqramının seçim proseslərinə start verilib.
Eləcə də bax: Azercell “İlin innovasiya tədbiri” nominasiyasında - QALİB GƏLİB
Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.