Müştərilərinə geniş seçim imkanı vermək, onların rahatlığını təmin etmək üçün “Azercell Telekom” MMC yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırmağa davam edir.
Dekabr ayının 5-ində, yeni il ərəfəsində Azercell Sabirabad şəhəri, Heydər Əliyev pr. 60 ünvanında müştərilər üçün yeni mağazasını istifadəyə verdi. Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, mobil nömrələr üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Digər eksklüziv mağazalarda olduğu kimi, Azercell Sabirabad şəhərindəki müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 5-indən etibarən 7 gün müddətində Sabirabad Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıt (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxı (Ağamirzəli Əhmədov küç., 1), Bərdə (İsmət Qayıbov küç., 8), Gəncə (Heydər Əliyev prospekti, 149), Beyləqan (Sərdar İmrəliyev küç. 265), Ağcabədi (Ü. Hacıbəyli pr., 68) və Qazaxda (Firuddin Şamoyev küçəsi, 1A) abunəçilərin ixtiyarına verilib.