Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti korporativ müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə “Data” nömrələr üçün yeni “Biznesim İoT 50MB”, “Biznesim İoT 100MB” və “Biznesim Geniş zolaqlı” tariflərini təqdim edib.
Eləcə də bax: Öyrənmək - HƏR UŞAĞIN HAQQIDIR
FED.az xəbər verir ki, 2 iyuldan etibarən korporativ müştəri seqmentində fakturalı xətt sisteminə aid “Data” nömrələrində 50 və 100 MB internet paketlərinə abunəlilikləri olan istifadəçilər avtomatik qaydada istifadə etdikləri paketlərin həcmlərinə müvafiq olaraq yeni yaradılan “Biznesim İoT 50MB”, “Biznesim İoT 100MB” tariflərindən birinə keçiriləcəklər. Həmin tarixdən etibarən müvafiq 50 və 100 MB internet paketləri ləğv ediləcək.
Digər internet paketlərinə abunəliliyi olan və ya internet xidmətindən paketsiz istifadə edən və 2 iyul 2020-ci il tarixinədək son 30 gün ərzində hər hansı həcmdə trafik müşahidə edilən korporativ “Data” nömrələr həmin tarixdən etibarən avtomatik qaydada yeni yaradılan “Biznesim Geniş zolaqlı” tarifinə keçiriləcəklər.