“Azercell Telekom” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat yatırım etdi.
Xatırladaq ki, Azercell İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib. Həmçinin şirkət Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətlərinin gücləndirilmiş iş şəraitində çalışdığını bəyan edib. Şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində bütün lazım dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.