Cari ilin iyul ayının əvvəlində Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni İnternet Rominq Paketlərini təqdim etmişdi. Şirkətdən verilmiş rəsmi məlumata əsasən, Azercell abunəçilərinə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təmin etmək məqsədilə tədricən səsli rabitədən mobil internet rabitəsinə keçid davam edir.
Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi geniş yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən ümumiyyətlə istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.
Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:
- Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)
- Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)
- Sadəlik (sadə və anlaşılan qiymətlər).
Azercell bütün abunəçiləri üçün rominqi daha cəlbedici etməyə çalışır və bu məqsədlə əlverişli həllər təklif etməkdə davam edir ki, yüksək keyfiyyətli mobil internetə çıxış, hətta, xaricdə belə daha münasib olsun.
Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/