Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC nailiyyətləri sırasına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”nı əlavə edərək, telekommunikasiya sahəsi üzrə “ İlin ən sevilən şirkəti” adını qazanıb.
“Azercell Telekom” MMC-dən FED.az-a verilən məlumata görə, məhz bu nominasiya çərçivəsində şirkətlər beynəlxalq səviyyədə aparılan açıq səsvermə yolu ilə dəyərləndirilib. Ümumilikdə, sorğuda 22 mindən çox insan iştirak edib. Qaliblər 74 xalqı təmsil edən şirkət və fərdlər tərəfindən irəli sürülmüş 3900-dən artıq namizəd arasından seçilib. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib.
Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.
Qeyd edək ki, Azercell Telekom 2018-ci ildə, həmçinin "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.