Azərba ycanın aparıcı mobil operatoru olan «Azercell» 2019-cu ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 101,2 milyon manat xalis mənfəətlə başa vurub. Hesabata əsasən, 2019-cu ildə «Azercell»in gəlirləri 2018-ci illə müqayisədə 34% artaraq 435,7 milyon manat təşkil edib. Bu dövrdə şirkətin xərc və məsrəfləri 7,2% artaraq 306,7 milyon manata çatıb.
Nəticədə 2019-cu ilin sonuna «Azercell»in əməliyyat mənfəəti 129 milyon manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 4,4% azdır.
Maliyyə gəlirləri (2,2 milyon manat) və maliyyə xərclərini (0,87 milyon manat) də nəzərə alanda 2019-un sonuna «Azercell»in vergiyə qədər olan mənfəəti 130,3 milyon manat təşkil edib. 29,1 milyon manat mənfəət vergisi ödənildikdən sonra «Azercell» ötən ili 101,2 milyon manat mənfəətlə başa vurub.
2019-cu ildə şirkətin cəmi aktivləri 12,7% artaraq 1 milyard 162,8 milyon manata yüksəlib. Bu dövrdə «Azercell»in öhdəlikləri 307 milyon manat artaraq 126,9 milyon manata yüksəlib.