Azərbaycanın rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur.
FED.az xəbər verir ki, 41 ölkədə 350 min gənci birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından biri olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Cənubi-Şərqi Avropa Platformasının noyabr ayının 3-də, ADA Universitetində baş tutan bağlanış mərasimi bu tədbirlər sırasındadır.
Eləcə də bax:"Azercell" Bakının mərkəzində Azərbaycanda ilk - 5G ŞƏBƏKƏSİNİ İŞƏ SALIR!
10 ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin beynəlxalq bölməsindən olan təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan Azercell tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri təqdim edilib.
Cənubi-Şərqi Avropa Platforması hər il təşkil olunan beş regional tədbirdən biridir. Bu tədbirdə müvafiq bölgənin yerli bölmələrindən olan ETŞ üzvlərinin görüşü təşkil olunur, üzvlər arasında məlumat və ən yaxşı təcrübə mübadiləsi aparılır, habelə beynəlxalq səviyyədə məlumat əldə edilir.
Azercell ilə yanaşı, "Zeytun Bağları", "Rabitəbank", “Azərbaycan Turizm Bürosu", "Responsible Party" və “AGL” tədbirin sponsorları və tərəfdaşları sırasında yer alıb.