Azercell Telekom MMC İstanbulda olan abunçilərinin balansına 400 meqabayt həcmində internet yükləyib.
FED.az xəbər verir ki, bu haqda məlumat şirkətin rəsmi Feysbuk səhifəsində yayımlanıb.
Məlumata görə, bu addım Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə bağlı qardaş ölkədə olanların yaxınları və ailələrilə kəsintisiz əlaqəni təmin etmək üçün atılıb.
Qeyd edək ki, bu gün 13:59-da İstanbulda 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb.
TED