26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi.
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Yaranmış narahatçılığa görə təəssüf edir və bildiririk ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin edilmişdir.