“Azercell” şirkəti üçün kibertəhlükəsizlik çox önəmlidir.
Azercell ilk Dayanıqlılıq hesabatını - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə “Azercell” şirkətinin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercell”in illik ESG hesabatının təqdimatı” mərasimində deyib.
Şirin Əliyeva qeyd edib ki, kibertəhlükəsizlik məsələləri "Azercell" üçün daim vacib olub.
“Bunun nəticəsidir ki, 2023-cü ildə Azərbaycanda ilk dəfə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışında şirkətin “Cybercell” kibertəhlükəsizlik komandası ilk üçlüyə daxil olub. Cari ildə “Azercell” şirkəti günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiyanı işə salmağı planlaşdırır. Bu addım təbiəti qorumaq və ekologiyanı qorumağa töhfə verəcəyinə inanırıq”, - deyə Ş.Əliyeva vurğulayıb.