«Azercell» şirkəti fakturalı xətt üzrə olan borcların ödəmə müddətini uzadıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin elanında bildirilir. Elanda deyilir ki, karantin rejimi ilə ədaqədar olaraq, fakturalı xətt sisteminə aid nömrələrdə 25.03.2020-ci il tarixli faktura borcunun son ödəmə tarixi 14 gün uzadılaraq 23.04.2020-ci il tarixə, 05.04.2020-ci il tarixli faktura borcunun son ödəmə tarixi isə 14 gün uzadılaraq 05.05.2020-ci il tarixinə dəyişdirilib.
Göstərilən son ödəmə tarixinədək, müvafiq faktura borcu ödənilmədiyi təqdirdə həmin nömrəyə zidmət göstərilməsinə məhdudiyyət qoyuia bilər.
«İnternet səhifəmizdən onlayn ödənişlər həyata keçirmək imkanı olduğunu xatırladır və eyni zamanda «Kabinetim» tətbiqi vaitəsilə balans barədə ətraflı məlumat əldə etmək, bəzi əməliyyatlar həyata keçirməa imkanı olduğunu bildiririk»-deyə elanda bildirilir.