“Azercell Telekom” MMC Azərbaycanda elektron avadanlıqları satışı ilə ixtisaslaşan qapalı səhmdar cəmiyyəti məhkəməyə verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, mobil operator 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək, “Datasell” QSC-nin 41,05 manat məbləğində abunə və xidmət haqqının və eləcə də 20 manatlıq dövlət rüsumunun ödənməsini xahiş edib.
Eləcə də bax: "Azercell" icra hakimiyyətini məhkəməyə verib
Ümumiyyətlə, son günlərdə “Azercell” bu növdə mübahisəli məsələrə görə bir neçə şirkəti məhkəməyə verib. Bura “Happy Baku” MMC- 30,48 manata, “QASİD-EXPRESS” MMC – 36,07 manat və “VESTA SERVİCE” MMC- 43,07 manat məbləğində abunə və xidmətə görə pul ödəməsinə görə iqtisadi məhkəmələrə başlayıb.
Maraqlı bir fakt isə, may ayı başlamamış bunlar baş verib.