Şirkət Azərbaycanda cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə təşkilati dəstək verəcək
Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. 4-6 noyabr tarixində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq bu turnirə Azercell Telekom təşkilati dəstək verəcək. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq olan Azercell tədbir boyu ərazidə xidmət edən stansiyalara nəzarət edəcək.
Yarışda dünyanın 61 ölkəsindən 400-ə yaxın idmançının iştirakı gözlənilir. Turnirdə Azərbaycan 28 kişi və 9 qadın cüdoçu ilə təmsil olunacaq.
Böyük Dəbilqə turnirində cüdoçularımızı dəstəkləyir, onlara uğurlar arzulayırıq!