2019-ci ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 134,8 mln. manat təşkil edib. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 43,9%-ni təşkil edib.
Cari ilin yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri tərəfindən 306,9 mln. manatlıq xidmət göstərilib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri 9,3% artıb. Bu sahədə əldə olunan gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.
Eləcə də bax: «Nar»ın abunəçiləri və bazar payı artıb – RƏQƏMLƏR AÇIQLANDI