2019-cu ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 637,0 milyon manatlıq xidmət göstərib.
FED.az-ın məlumatına görə, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.