Azərbaycanda informasiya-kommunikasiya texnologiyarının inkişafına daima töhfə verən “Azercell” şirkəti bu sahə üzrə savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət ayırır.
FED.az xəbər verir ki, bu dəfə lider mobil operator ADA Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsində təhsil alan və fərqlənən tələbələr üçün təqaüd ayıraraq, onların fərdi və peşəkar inkişafına dəstək olub.
Eləcə də bax: Xarici dilləri - "AZERCELL"Ə ÖYRƏN
Tələbələr fevral ayının 21-i ADA Universitetində təşkil edilən “Akademik mükəmməllik günü”ndə təltif ediliblər. Beləliklə, dörd tələbə dünya şöhrətli azərbaycanlı alim və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına təqaüdə layiq görülərək təhsil haqqından tamamilə azad olunublar. Əlavə olaraq, 22 tələbə 50, 23 tələbəsi isə 25 faiz təhsil güzəşti əldə ediblər.
Xatırladaq ki, “Azercell Telekom” MMC 2013-ci ildən başlayaraq ADA Universitesinin fonduna maliyyə yardımı edir. Sosial layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan şirkət, fəaliyyət dövrü ərzində bu istiqamətdə 19 milyon dollardan artıq yatırım edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.