Bu ilin iyunun 8-dən etibarən "Azercell"in fakturasız ("SimSim") xətt sisteminə aid nömrələrin abunəçiləri "Mobil Ödəmə" xidməti vasitəsilə nömrələrinin balansında olan məbləğdən "Azercell" ilə yanaşı, "Bakcell" və "Nar" mobil operatorlarına aid digər nömrələrin də balansını artıra biləcək.
Eləcə də bax: "Azercell"dən yenilik: Nömrənin sahibini öyrənməyin - YENİ ÜSULU
FED.az xəbər verir ki, bu, "Azercell"in yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, digər nömrələrin balansına keçirilən məbləğə 5% həcmində xidmət haqqı (ƏDV daxil olmaqla) tətbiq ediləcək.