“Azercell Telekom” MMC “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir.
FED.az xəbər verir ki, ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq istiqamətində fəaliyyətini davam etdirir.
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alan Azercell, abunəçilərinin rahatlığını təmin etmək məqsədilə “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təqdim edir. Artıq Azercell abunəçiləri istifadələrində olan nömrənin rəsmi sahibini şirkətin Müştəri Xidmətləri ofislərinə yaxınlaşmadan müəyyən edə biləcəklər. Bunun üçün 6800 qısa nömrəsinə boş SMS göndərmək və ya telefonun ekranında *680#yes kombinasiyasını yığmaq kifayətdir. Cavab olaraq abunəçiyə nömrənin rəsmi sahibinə aid müvafiq bilgilər (ad, soyad və ata adı) göndəriləcək. Karantin dövründə Azercell abunəçiləri bu xidmətdən təmənnasız yararlana biləcəklər.
Onu qeyd edək ki, “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti yalnız fikizi şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
Azercell müştərilərini sosial izolyasiya tədbirlərinə riayət etməyə çağırır və onlara möhkəm can sağlığı arzu edir!