“Business Insight” Araşdırmalar Mərkəzi mobil telefonlarla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
FED.az-ın məlumatına görə, sorğuya 9 iqtisadi region və Bakı şəhərində yaşayan 1208 respondent cəlb edilib.
ELƏCƏ DƏ BAX: “Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək
Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanıb və emal edilib. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında ev təsərrüfatında 18–65 yaşı tamam olan insanlar arasında keçirilib. Beləliklə, “Mobil telefonunuz varmı?” sualı ilə müraciət edilən respondentlərdən telefonu olanlar “Samsung”, “İphone”, “Nokia”, “Xiaomi”, “LG Mobile” və digər mobil telefon markalarının istifadə ediblər. Azərbaycan üzrə respondentlərin 58,4%-i “Samsung”, 13,6%-i “İphone”, “11.4%-i “Nokia”, 5.6%- “Xiaomi” telefonlarından istifadə etdiyi üzə çıxıb. Bakı şəhəri üzrə sorğuda iştrak edən respondentlərin isə 54,8%-i “Samsung”, 18,7%-i “İphone”, 8.7%-i “Nokia”, 5.6%-i “Xiaomi” markalarının telefonlarından istifadə etdiyini bildirib.
Azərbaycanlıların ən çox istifadə etdiyi smartfonlar – MƏLUM OLDU
19:35
29 Noy 2018