Bugün Youtube kanalını tanımayan və bu platformada müxtəlif videolar izləməyən yoxdur. Bəs kanal harada və nə vaxt yaranıb? YouTube bir video hosting kanalıdır və bu kanal 15 yanvar 2005-ci ildə ABŞ-ın Kaliforniya ştatında 3 keçmiş PayPal işçisi tərəfindən təsis edilib. Kanal 2006-cı ilin noyabrında Google tərəfindən 1,65 milyard dollara satın alınıb. YouTube bu gün Google-un törəmə şirkətlərindən biri olaraq fəaliyyətini davam etdirir. Sayt istifadəçilərə video yükləməyə, baxmağa və paylaşmağa imkan verir.
Artıq ölkəmizdə də kanal kifayət qədər məşhurdur. Hətta minlərlə abunəçisi olan YouTuberlərimiz də var. FED.az TED.az-a istinadən Azərbaycanda ən çox baxılan 10 “YouTube” kanalını sizə təqdim edir:
Eləcə də bax: "Youtube"un direktoru azərbaycanlı gəncə - MƏKTUB GÖNDƏRİB
Beləliklə, 10-cu sırada “PRO Gencler” kanalıdır. Kanalın 26 626 abunəçisi var. Kanal 4 yanvar 2018-ci ildə yaranıb və 2 milyon izləmə sayı var.
9-cu yerdə “Samir SOFF” kanalıdır. 28 000-ə yaxın abunəçisi olan kanal 21 mart 2017-ci il tarixində yaradılıb və 2 milyondan çox izləmə sayı var.
“Zevs” kanalı siyahımızın 8-ci pilləsində yer alır. 30 000-ə yaxın abunəçisi olan kanalda idman və eksperiment videoları paylaşılır. 28 may 2018-ci ildə yaranan kanal 2 milyona yaxın izlənmə sayına malikdir.
Eləcə də bax: 5 yaşlı uşaq “Youtube” kanalı ilə necə milyonçu oldu?
7-ci pillədə 8 iyun 2017-ci ildə meydana çıxan “Malik YT” kanalı dayanır.
37 000-dən çox abunəçi sayı olan kanalın 5 milyondan çox izlənmə sayı var.
“Hipofiz TV” kanalının 38 000-ə yaxın abunəçisi var. Eksperiment və prank videoları paylaşan kanal 3 mart 2016-cı ildə yaranıb. 3 milyon 300 min izlənmə sayı olan kanal siyahının 6 pilləsində dayanır.
5-ci yerdə “Faxri Asadov” kanalıdır. Kanal 6 noyabr 2011-ci ildə yaranıb, abunəçi sayı 43 000-dən çoxdur. 5 milyondan çox izlənmə sayı olan bu kanalda maşın videoları paylaşır.
46 000-ə yaxın abunəçi sayı olan Nihad Aliyev kanalı 27 mart 2012-ci ildə yaradılıb. 3 milyondan çox izlənmə sayı olan kanal siyahıda 4-cüdür.
Eləcə də bax: Azərbaycanlı gənc «Google» və «Youtube»ə baxıb – ALMANİYADA ŞİRKƏT QURDU
Və son üç ... 3-cü yer 63 441 abunəçisi ilə “Rashad Bagiyev” kanalınındır. Kanal 24 noyabr 2012-ci ildə yaradılıb və 7 milyondan çox izlənmə rekordu var.
2-ci yerdə “Emrah Babayev” kanalıdır. Kanal 209 000 abunəçiyə sahibdir. 13 noyabr 2012-ci ildə yaradılan kanalın 29 milyona yaxın izalənmə sayı var.
Nəhayət, zirvədə “Demədi Demə” kanalıdır. Bahadır Seyidova məxsus kanalın 250 000 abunəçisi var. Məlumat videoları paylaşan kanal 12 sentyabr 2006-cı ildə yaradılıb və 56 milyon izlənmə sayı var.