Business Insight araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb.
Mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki,seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır.
Eləcə də bax: Azərbaycanda ən məşhur məişət texnikası - BRENDLƏRİ – SİYAHI
Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan insanlar arasında keçirilmişdir. Beləliklə Business Insight araşdırmalar mərkəzi Mobil telefonunuz varmı? Sualı ilə müraciət etdiyi respondentlərin fikrincə mobil telefonu olanların Samsung, İphone,Nokia,Xiaomi,LG Mobile və digər mobil telefon markalarının telefonlarından istifadə edirlər.
Azərbaycan üzrə sorğuda iştrak edən respondentlərin 58,4%-i, , 13,6%-i İphone,11.4%-i Nokia,5.6%- Xiaomi,Bakı şəhəri üzrə sorğuda iştrak edən respondentlərin 54,8%-i Samsung, 18,7%-i İphone,8.7%-i Nokia, 5.6%-i Xiaomi markalarının telefonlarından istifadə etdiyini bildirib. (Fins)
Azərbaycanlılar ən çox hansı smartfondan istifadə edir?
09:26
30 Noy 2018