Azərbaycanlı startapı Koreya Respublikasının məşhur şirkəti ilə tərəfdaş olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransında nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yerli startaplar da təmsil olunur.
"Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunu ilə tanınan "CustomAR" şirkətinin VR texnologiyaları sərgi-konfransın iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Milli Pavilyonunda yer alan şirkət artıq özünə yeni tərəfdaşlar qazanıb. Belə ki, "CustomAR" şirkəti ilə Koreya Respublikasının "Frontis" şirkəti arasında VR texnologiyalarının inkişaf etdirilməsi, həmçinin Yaxın Şərq regionu üzrə layihələrin icrasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. "CustomAR" tərəfindən memorandumu şirkətin rəhbəri Fərid Davudov, digər tərəfdən isə "Frontis" şirkətinin icraçı direktoru Çunq Hun-Seuk imzalayıb.
Xatırladaq ki, düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilən oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıb.
Azərbaycanlı startap Koreyanın məşhur şirkəti ilə tərəfdaş olub
20:53
11 Sen 2018