Fermer təsərrüfatı, yaşayış, sənaye və anbar sahələrində temperatur və rütubət göstəricilərinə nəzarət problemi hər zaman aktual olub. Düzgün və sabit temperatur və rütubət rejiminə riayət olunmaması qida və digər məhsulların xarab olması və yaxud istixana kimi yerlərdə meyvə-tərəvəzin tələfi ilə nəticələnə bilər. Həmçinin, temperaturun ani dəyişməsi istehsalatda qəzalar və digər təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də bu cür nəticələrin və problemin baş verməsinin əvvəlcədən qarşısını almaq çox vacibdir.
Eləcə də bax: İnnovasiyalar Agentliyindən “ağıllı” texnologiyaları olan şirkətə - Dəstək
FED.az xəbər verir ki, burada müasir texnologiyalar və ağıllı monitorinq və nəzarət sistemləri köməyə gəlir ki, bu da çətinliklərin qarşısını almağa kömək edəcək. Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan innovativ «İqlime» monitorinq sistemi qapalı məkanın temperaturu və rütubəti gecə-gündüz izləyərək baş verə biləcək problem barədə xəbərdarlıq edəcəkdir. «İqlime» cihazı ilə siz, harada olduğunuzdan asılı olmayaraq, istənilən məkanın temperatur və rütubətinə 24 saat ərzində nəzarət edə biləcəksiniz. Həmin göstəricilər dəyişərsə, «İqlime» bu haqda zəng və ya SMS vasitəsilə dərhal xəbərdar edəcək. Sistemin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq üçün Android və iOS platformaları üzərindən fəaliyyət göstərən xüsusi mobil tətbiq istifadəyə verilib.
«İqlime» həmçinin anbarlar, apteklər və dükanlar, marketlər, server otaqları və xüsusi temperatur və rütubət rejimini tələb edən digər məkanlarda istifadə oluna bilər. Üstəlik, sistemi öz evinizdə temperatur və rütubəti daim nəzarətdə saxlamaq üçün də istifadə etmək olar.
Qeyd edək ki, «İqlime» sistemi Proqram Təminatı tərtibatçısı və Binanı İdarəetmə sahəsində çalışan yerli “Kibrit.Tech” İT şirkəti tərəfindən yaradılıb. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.
2021-ci ilin fevral ayında “Kibrit.Tech” şirkəti özünün «İqlime» məhsulu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Mingəçevir Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alındı.
«İqlime» sistemi barədə daha ətraflı məlumat https://www.iqlime.az/ saytı vasitəsilə və yaxud (+994 12) 377 00 37 nömrəsinə zəng edib əldə etmək olar.