Azərbaycanın poçt xidməti olan “Azərpoçt” MMC 2019-cu ili 1 milyon 487 min manat mənfəət ilə başa vurub.
Eləcə də bax: “Azərpoçt”un baş direktoruna daha bir müavin - TƏYİN EDİLİB
FED.az “Azərpoçt” MMC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019 ildə MMC-nin cəmi gəlirləri 48 milyon 39,8 min manat, cəmi xərcləri isə 46 milyon 552,5 min manat təşkil edib.
Gəlirlər xərcləri üstələdiyindən MMC-nin 1 milyon 487 min manat mənfəəti yaranıb.
Qeyd edək ki, “Azərpoçt” 2018-ci ili 1 milyon 203 min manat zərərlə, 2017-ci ili 2 milyon 446 min manat mənfəətlə başa vurmuşdu.