Azərbaycanın Nəqliyyat və Yeni Texnologiyalar naziri Rəşad Nəbiyev “Tesla” və "Space X"şirkətlərinini sahibi, dünyanın ən varlı adamı olan İlon Maskla görüşüb.
FED.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.
“Tesla”-nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq"-deya Rəşad Nəbiyev bildirib.