Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 675,8 mln. manat təşkil edib.
Eləcə də bax: Yeni “iPhone”lar Azərbaycana - NƏ VAXT GƏLƏCƏK? - QİYMƏT
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 mln. manat və ya 5,9% artıb.
Cari ilin avqust ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 1,3% və ya 1,1 mln. manat artaraq 87 mln. manat olub. Bu ilin iyul ayı ilə müqayisədə isə bu göstərici 7,2% və ya 6,8 mln. manat azalıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,1%-ni təşkil edib. (Apa)