Azərbaycan mobil rabitə operatoru “Balkcell” MMC bundan sonra 3G şəbəkəsini inkişaf etdirməyəcək.
FED.az xəbər verir ki, bu barədə şirkətdən deyiblər. Bildirilib ki, şəbəkənin əsas inkişafında prioritet 4G-yə verilir ki, məhz onun üzərindən verilənlərin ötürülməsi ilə yanaşı gələcəkdə səs xidmətlərinin göstərilməsi də nəzərdə tutulur.
“3G şəbəkəsi səs xidmətlərinin göstərilməsi üçün istifadə olunur ki, bu da onu ayaqda tutan əsas səbəbdir. Eyni qaydada - 2G. Bu gün ikinci nəsil şəbəkəsindən nəinki Azərbaycan, hətta bir çox digər ölkələr də imtina etməyə hazır deyil. Kifayət qədər insan var ki, onların mobil telefonları məhz 2G-ni dəstəkləyir. Biz yaxın gələcəkdə 4G şəbəkəsi üzərindən də səs xidmətini göstərməyi planlaşdırırıq. Xidmətin istifadəyə verilməsi istiqamətində atıq işlər görülür”, - deyə şirkətdən bildiriblər.
Apa