Düyada ən böyük sərvətə malik olanlar nəhəng texnologiya şirkətlərinin sahibləridir. Dünyada ən çox sərvətə malik olan 10 insadan 8-inin İKT sahəsində biznesi var.
«Turbo.az», «Tap.az» və «Bina.az»ın sahibi - 1 MİLYARD DOLLAR ƏLDƏ EDİB
FED.az “Bloomberg Billionaires Index”-ə istinadən xəbər verir ki, hazırda ən zəngin insanların siyahısında LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault birinci yerdədir. Arnaultun ümumi sərvəti 215 milyard dollar təşkil edir. Son bir gündə Fransız iş adamının sərvəti 303 milyon dollar artıb.
Dünyanın ən zəngin insanları arasıda ilk üçlükdə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “X” sosial şəbəkəsinin sahibi İlon Mask var. İlon Maskınn sərvəti ən son hesablamalara görə 2,35 milyard dollar azalaraq 191 milyard dollara çatıb.
Sərvəti 1,23 milyard dollar azalsa belə hələdə ilk sıralarda yerini qoruyub saxlayan Microsoft qurucusu Bill Geyts isə 148 milyard dollar sərvətə malikdir.
Məhşur Meta şirkətinin yaradan Mark Zukerberqin sərvəti isə rəqibləri ilə müqayisədə artıb , Zukerberqin ümumi sərvəti 3 milyard dollar artaraq 156 milyard dollara çatıb.
Sərvətini itirənlərin sırasında Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze də var.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Lomtadze, eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
“Kaspi.kz”şirkəti Azərbaycanın üç populyar elan saytının - Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir. Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt «Kaspi.kz»ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, «Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, “Kaspi.kz” innovasiyalarının Azərbaycana ixracına başlamışıq».
Xatırladaq ki, Qazaxıstanda fəaliyyətə başlayan Kaspi.kz şirkəti müxtəlif xidmətlərə malik istehlakçılar üçün Kaspi.kz Super App mobil əlavəsini, eləcə də tacirlər və sahibkarlar üçün Kaspi Pay Super Tətbiqini təklif edir. Sentyabrın 30-na olan məlumata görə, Kaspi tətbiqinin aylıq orta hesabla 13,5 milyon aktiv istifadəçisi var.
“Bloomberg Billionaires Index”-in məlumatında göstərilir ki, Mixail Lomtadze bu gün 98,8 milyon dollar sərvətini itirib. Milyarder 6,06 milyard dollar ümumi sərvət göstəricisi ilə 500 nəfərdən ibarət siyahıda 467-ci yerdə qərarlaşıb.