"Azərbaycanın internetlə bağlı ən böyük problemi inhisarçılıqdır".
FED.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 5-ci nəsil kabelsiz mobil texnologiyanın (5G) və digər yeni texnologiyaların istifadə edilməməsinin səbəbi zamanında bəzi şəxslərin kütləvi şəkildə tezlikləri alıb inhisarçlılıq edərək özlərinə saxlamasıdır: “Həmin şəxslər imkan vermirlər ki, dövlət və ya praktiki bu işi bilən yeni şirkətlər ondan istifadə etsin”.
Deputat bildirib ki, bu problem kabel televiziyalarında da var: “Bəzən kabel televiziyalarında da gecikmələr olur”. (Report)