2020-ci ilin dekabrında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 53,1 faiz təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 4,89 faiz çoxdur.
Eləcə də bax:Azərbaycanda "YouTube" və "Instagram" istifadəçilərinin fəallığı artıb
FED.az xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzi məlumat verir.
İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 4,29 faiz azalaraq 33,75 faiz təşkil edib.
"Apple" şirkətinin "iOS" əməliyyat sistemi payı 0,17 faiz artaraq 9,03 faizə bərabər olub.
Digər əməliyyat sistemləri sırasında "macOS X" (Apple, 2,57 faiz), "Linux" (0,91 faiz) yer alıb. (Trend)